"Bavariya"nın müdafiəçisi Jerom Boatenq Münhen təmsilçisindən ayrıla bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçuyla "Arsenal" və "Tottenhem" yaxından maraqlanır. "Bavariya"nın Boatenq üçün istədiyi məbləğ isə 5 milyon avrodur.
Alman müdafiəçinin qısa zamanda "Arsenal"la rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Boatenq bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.
Milli.Az