Boatenq Premyer Liqaya keçir

6 Yanvar 2020 18:34

"Bavariya"nın müdafiəçisi Jerom Boatenq Münhen təmsilçisindən ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçuyla "Arsenal" və "Tottenhem" yaxından maraqlanır. "Bavariya"nın Boatenq üçün istədiyi məbləğ isə 5 milyon avrodur.

Alman müdafiəçinin qısa zamanda "Arsenal"la rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Boatenq bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.

Milli.Az