İdman

"Liverpul" kapitanını itirdi

6 Yanvar 2020 18:56
0 Şərh     Baxış: 1 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"u 1:0 hesabı ilə məğlub edən "Liverpul" əvəzində bir futbolçusunu itirib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, kapitan Ceyms Milner sıradan çıxıb.

Yarımmüdafiəçi qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənib. Baş məşqçi Yurgen Klopp 34 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb: "Milner meydanı ağlayaraq tərk etdi. Çox güman ki, əzələsində problem yaşandı. Zədənin ciddi olduğunu düşünürük".

Qeyd edək ki, "Liverpul" növbəti oyununu yanvarın 11-də Premyer Liqanın XXII turu çərçivəsində "Tottenhem"ə qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.