İdman

Kamoranezinin yeni klubu müəyyənləşdi

5 Yanvar 2020 15:06
0 Şərh     Baxış: 1 025
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliya millisinin sabiq futbolçusu Mauro Kamoranezi məşqçilik karyerasını Sloveniyada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis sözügedən ölkənin "Tabor" klubunun baş məşqçisi təyin olunub.

Bu barədə klubun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə 2021-ci ilin yayınadək nəzərdə tutulan müqavilə bağlanılıb. Komandanın keçmiş baş məşqçisi Almir Süleymanoviç isə Mauronun köməkçisi təyin olunub.

Kamoranezinin son iş yeri Meksikanın "Kafetaleros" klubu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.