İdman

UEFA 7 klubumuza pul ayırdı

28 Dekabr 2019 10:40
0 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"dan başqa hər bir kluba 56 794,43  məbləğində ödəniş olunub.

Vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir.

Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.