İdman

İbrahimoviçin heykəlindən əl çəkimirlər - FOTO

22 Dekabr 2019 22:00
2 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin Malmödə şərəfinə ucaldılan heykəli yenidən vandalizmə məruz qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu dəfə bir qrup fanat heykəlin burnunu və ayaq barmağını qoparıb. Bundan başqa, qızılı rəngdə olan heykəli gümüşü rəngə boyayıblar.

Xatırladaq ki, Zlatanın  "Hammarbü" klubunun səhmlərinin 50 faizini alması və "Skandinaviyanın ən yaxşı klubu olacağıq" ifadəsini işlətməsi onun yetirməsi olduğu ölkənin digər klubu "Malmö" azarkeşlərinin qəzəbinə tuş gəlib. Onlar bir neçə gün əvvəl Zlatanın heykəlini yandırmağa cəhd göstərmiş, daha sonra isə heykəlin ayağını kəsmişdi. Budəfəki insidenti də "Malmö" azarkeşlərinin törətdiyi güman olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.