İdman

“Cenoa” yenə məşqçisini dəyişir

22 Dekabr 2019 19:19
0 Şərh     Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlarda tez-tez baş məşqçisini dəyişməklə diqqət çəkən İtaliyanın "Cenoa" klubu Tiaqu Mottanı istefaya göndərir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "İnter"ə dünənki 0:4 hesablı məğlubiyyətdən sonra autsayderin prezidenti Enriko Pretsiozi çalışdırıcını işindən azad etməyə qərar verib.

Yaxın müddətdə baş məşqçinin istefası rəsmiləşəcək. Artıq bu posta gələcək yeni mütəxəssis də bəllidir.

Genuya təmsilçisi Dieqo Lopesə tapşırılacaq. "Kalyari", "Palermo" və "Bolonya"da çalışmış 45 yaşlı mütəxəssisin son iş yeri Uruqvay "Penyarol"u olub.

Qeyd edək ki, 37 yaşlı T.Motta oktyabrın 22-də baş məşqçi təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.