İdman

"Biz oyunu Qəbələdə uduzmuşduq" - Jelko Sopiç

19 Dekabr 2019 22:06
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəqibi mərhələ keçməsi münasibəti ilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə cavab matçından sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 2:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib: "Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. Oyunçularımı bu gün meydanda bütün güclərini sərf etdikləri üçün təbrik edirəm".

Sopiç "Hendrik Ekşteynin "Sabah"da gələcəyi var, yoxsa bu gün artıq bitdi?" sualına cavabı belə olub: "Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və gördükdən sonra klub prezidenti ilə, menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.