İdman

AzTU-nun tələbəsi Avropa çempionu oldu

18 Dekabr 2019 12:49
0 Şərh     Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 12-15-də Azərbaycanda karatenin Kempo növü üzrə Avropa çempionatı keçirilib. Çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb.

Milli.Az xəbər verir ki, ölkəmizi 63 kq çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) 2-ci kurs tələbəsi Əli Abdullazadə təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə Əli Abdullazadə ilə görüşüb, uğurlar arzu edib.

Xatırladaq ki, Əli Abdullazadə 2019-ci ilin mayında karatenin Kempo növü üzrə dünya çempionu olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.