Dünya

Ərdoğan: Türkiyə, Rusiya və Ukrayna arasında barışığın qapılarını aça bilər

24 Noyabr 2025 15:14
Baxış: 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Türkiyənin konstruktiv mövqeyini davam etdirəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, G-20 Liderlər Zirvə Toplantısının ardından Yohannesburqdan qayıdarkən mətbuatın suallarını cavablandıran Ərdoğan, İstanbulda keçmişdə mühüm rol oynadıqları kimi, bu gün də barışıq prosesinə müsbət təsir göstərmək üçün hazır olduqlarını bildirib.

Prezident, Türkiyənin müsbət təsiri ilə barışıq istiqamətində danışıqların irəlilədiyini vurğulayıb:

"Biz inanırıq ki, razılaşdırılmış məsələlər və müsbət gündəm üzərində başlayan danışıqlar vasitəsilə sülhün mümkün olacağına inanıram. Əgər tərəflər arasında qəbul olunan bir təməl üzərində müzakirələr aparılsa, qalıcı həllin yolunu açmaq mümkündür. Biz, əvvəlki kimi, konstruktiv mövqeyimizi qorumağa hazırıq", - deyə Ərdoğan sözlərini tamamlayıb.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.