Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Türkiyənin konstruktiv mövqeyini davam etdirəcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, G-20 Liderlər Zirvə Toplantısının ardından Yohannesburqdan qayıdarkən mətbuatın suallarını cavablandıran Ərdoğan, İstanbulda keçmişdə mühüm rol oynadıqları kimi, bu gün də barışıq prosesinə müsbət təsir göstərmək üçün hazır olduqlarını bildirib.
Prezident, Türkiyənin müsbət təsiri ilə barışıq istiqamətində danışıqların irəlilədiyini vurğulayıb:
"Biz inanırıq ki, razılaşdırılmış məsələlər və müsbət gündəm üzərində başlayan danışıqlar vasitəsilə sülhün mümkün olacağına inanıram. Əgər tərəflər arasında qəbul olunan bir təməl üzərində müzakirələr aparılsa, qalıcı həllin yolunu açmaq mümkündür. Biz, əvvəlki kimi, konstruktiv mövqeyimizi qorumağa hazırıq", - deyə Ərdoğan sözlərini tamamlayıb.
Kənan
Milli.Az