İdman

Emil Balayev Türkiyəyə getdi

18 Dekabr 2019 13:14
0 Şərh     Baxış: 1 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Türkiyəyə yollanıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan klubunun rəsmi saytı yayıb.

25 yaşlı qolkiperin tibbi müayinə üçün qonşu ölkəyə getdiyi bildirilir. O, Türkiyə klinikalarından birində profilaktik proseduralardan keçib.
 
Klubun yaydığı açıqlamada qeyd olunub: "Qapıçıların yüklənmələrinin və məşqlərinin xüsusiyyətləri sahə oyunçularının təlimindən bir qədər fərqlidir. Bu proses Emilin təlim-məşq toplanışına yaxşı formada hazırlaşmasına və növbəti mövsüm müəyyən zədələrin qarşısını almağa kömək edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.