İdman

“Qarabağ” Beqoviçə görə danışıqlara başlayır

15 Dekabr 2019 14:40
1 Şərh     Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" bu ayın sonu klubla müqaviləsi başa çatacaq qapıçısı Asmir Beqoviçi saxlamaq istəyir.

Milli.Az Qol.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi bugünlərdə futbolçunun müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"la danışıqlara başlayacaq.

Qeyd edək ki, bugünlərdə bosniyalı qolkiper özü "Qarabağ"da qalmaq istədiyini deyib. "Qarabağ"ın direktoru Əmrah Çelikel isə bir müddət əvvəl Qol.az-a bildirmişdi ki, Beqoviçə görə ingilislərə danışıqlar aparmaları mümkündür.

Lakin danışıqların aparılması hələ Beqoviçin "Qarabağ"da qalacağı anlamına gəlməməlidir. Çünki onun transfer qiymətinin Ağdam klubunun büdcəsinə uyğun olmadığı bildirilir. Bunu Ə.Çelikel özü də etiraf etmişdi. Bundan başqa, Britaniya mətbuatı Beqoviçlə İngiltərədən "Vest Hem" və Hollandiyadan "PSV Eyndhoven"in də maraqlandığını yazıb.

İstənilən halda Beqoviçin "Qarabağ"da qalıb-qalmayacağı ilin sonuna qədər dəqiqləşə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.