"İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik" - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah İspaniyanın "Sevilya" klubunu qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- "Sevilya" kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidi. 1 ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq.
- "Atletiko" ilə matçlarda sensasiya etmişdiz. Sabah yenə ispanlara qarşı sürpriz etmək və xal qazanmaq şansı varmı?
- Baxmayaraq ki, "Sevilya" Avropa Liqasında çıxış edir, düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdi. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik.
- Mahir Emreli oynaya biləcəkmi?
- Yaxşı deyil. Böyük ehtimalla oynamayacaq.
- İspan futbolçularınızdan "Sevilya" barədə hansısa məlumat almısızmı?
- Miçel özü də burdadı, soruşa bilərsiz. Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac yoxdu. "Sevilya"nı yaxından tanıyırıq.
- Xulen Lopeteqini nə qədər tanıyırsız və onun məşqçilik metodları barədə nə deyə bilərsiz? Bir də "Sevilya"dan hansı futbolçuları xüsusi vurğulaya bilərsiz?
- Lopeteqi ilə xüsusi tanışlığım yoxdu. Ancaq "Real"da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. O, futbolçularından əsl ispan futbolu tələb edir. Ümumiyyətlə, bu ölkənin futboluna marağım böyükdü, ən çox izlədiyim çempionat La Liqadı və İspaniya millisinin oyunlarına baxıram. Heyətdə bir nəfər deyil, gərək hamısını bir-bir sayım. De Yonqu, Boneqanı, Çiçaritonu, Navası, başqalarını vurğulaya bilərəm, hamısının adını çəkmək olar. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və azarkeşlərimiz ən azı oyunumuzdan razı qalsınlar.
- Bütün "Sevilya" rəsmiləri və futbolçuları açıqlamalarında "Atletiko" ilə oyunlardan danışırlar. Düşünmürsüz ki, həmin heç-heçələr sizin əleyhinizə işləyir? O baxımdan ki, bu gün "Sevilya" sizə yuxarıdan aşağı baxmır və daha ciddi hazırlaşırlar...
- Açıqlamalarından məlumdu ki, çox ciddi hazırlaşırlar. Digər tərəfdən, bəli, ola bilər ki, həmin nəticələr onların bizə daha ciddi yanaşmasına səbəb olub. İnanmıram ki, qrup mərhələsində hansısa komanda özünü rahat hiss etsin. Son vaxtlar futbolda fərqli və gözlənilməz nəticələr çox olur. Ona görə də hər bir iddialı komanda daha ciddi hazırlaşmağa vadar olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
XƏBƏR LENTİ
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi





