İdman

Ukrayna boksçusu rusiyalılarla döyüşməkdən imtina etdi

25 Avqust 2019 15:40
1 Şərh     Baxış: 1 383
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna boksçusu Aleksandr Usik rusiyalı rəqibi Andrey Fedosovla döyüşməkdən imtina edib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "İnstaqram" hesabında açdığı canlı efirdə danışıb.

Usik bunu idman yarışının siyasi müstəviyə keçməsinə qarşı olması ilə əlaqələndirib.

"Məlumat var idi ki, rəqibim Andrey Fedosov olacaq. Xeyr, o, mənim rəqibim olmayacaq. Niyə? Hələ buna qədər müzakirə etmişdik ki, opponentim Aleksandr Povetkin olacaq. Demişdim ki, bu uşaqlarla döyüşmək istəmirəm, çünki bunu mütləq siyasi müstəviyə çevirib bir-birilərini kobud sözlərlə təhqir edəcəklər. Bu, məni qane etmir və bu, mənə lazım deyil", - deyə idmançı bildirib.

Boksçu əlavə edib ki, o, rusiyalı idmançılara və onların ailələrinə çox yaxşı münasibət bəsləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.