"Uzaqdan zərbə vurmamaq zəif nöqtələrimizdən biridir" - Ayxan Abbasov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çətin oyun oldu. "Qarabağ" çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk 15-20 dəqiqə tam oyuna qoşula bilmədik. İlk hissədə üstünlük rəqibdədi idi. İkinci hissə "Sumqayıt"a layiq oyun oynadıq, buna görə futbolçulara təşəkkür etdim. İnanıram ki bu durumdan çıxa biləcəyik".
Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnaistlərin suallarını cavablandırıb...
Start heyətdə gənclərə üstünlük verməyiniz nə ilə əlaqədar idi?
- Həftəiçi problemlərimiz oldu. Atilla Yıldırım xəstələnmişdi, Rail Məlikov da tam sağalmamışdı. Əfran İsmayılov iki məşqi buraxmışdı, kiçik problemləri var idi. Əlimizdə olan futbolçulardan istifadə etdik. Yoldaşlıq görüşündə də özlərini pis göstərmədilər.
Peyman Babayidən gözlədiyinizi ala bilirsinizmi?
- Bizim çempionat çətindir, hər hücumçu gəlib uğurla çıxış edə bilmir. Peymanda potensial var. Onun əvəzlənməsinin səbəbi zədədir, əzələsi dartılmışdı. Tam üstünə gedə bilmərik, çalışacağıq, hər şey yaxşı olacaq.
Son iki oyun uduzmaq futbolçulara necə təsir edib?
- Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq.
İki fərqli "Sumqayıt" izlədik. Həqiqətənmi sizə Əfran İsmayılovsuz çətindir?
- Bu gün "Sumqayıt"da ən yaxşı futbolçulardan biri Əfrandır. Hücumçularımızın çox hissəsi onun üzərindən qurulur. İkinci hissə futbolçular bir az rahat oldu. Oynamağa davam edirdik, ancaq hücumda kəsərli deyildik. Əfranın bizdə olması böyük üstünlükdür.
Uzaqdan zərbələri az yoxlamağınızın səbəbi nədir?
- Səbəb odur ki, vurmaq istəmirlər (gülür). Bu, zəif nöqtələrimizdən biridir. Rəqib imkan yaratmadı, ancaq epizodlar var idi, sadəcə yoxlamadıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
XƏBƏR LENTİ
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)





