İynəsiz, dərmansız əzələ böyütməyin 4 əsas yolu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk dəfə idman jurnalına baxanda 6 yaşım var idi. Jurnal bodibilderlərin şəkilləri ilə doluydu. O vaxtdan sonra məndə əzələli bədənə sahib olmaq həvəsi yarandı.
Təəssüf ki, bədən tipim genetik cəhətdən yaxşı olmadığına görə əzələ kütləsini artırmaq və piyləri əritmək mənim üçün çox çətin idi. Amma mən heç vaxt təslim olmadım və təbii şəkildə əzələ kütləsini artırmağın yollarını öyrəndim. Elə buna görə də, hazırda tanınmış endokrinoloqam və bir çox professional atletlərin, eləcə də bodibilderlərin məşqçisiyəm.
Son 10 illikdə əzələ kütləsi artırmaqla bağlı xeyli səhvlər etmişəm. Bunları idman jurnallarından və ya saytlarından oxumuşdum. Orada əzələ kütləsinə sahib olmaq üçün qida əlavələri qəbul etmək tövsiyə olunurdu. Lakin bütün bu qida əlavələri ilə bağlı deyilənlər boş şeylərdir. Həm pul itkisidir, həm də sağlamlıq.
Bu vaxta qədər səhvlərimdən çıxartdığım nəticələrimi sizinlə bölüşmək istəyirəm ki, siz bu səhvlərlə vaxtınızı boşa sərf etməyəsiniz.
Milli.Az xəbər verir ki, bu sözlər tanınmış endokrinoloq SamRobbins şəxsi bloqunda qeyd edib. O, sağlam şəkildə, hər hansı qida əlavəsinə ehtiyac olmadan kökəlməyin əsas yollarını izləyiciləri ilə bölüşüb.
"Dəqiq şəkildə deyə bilərəm ki, əzələ kütləsi əldə etməyin 4 əsas yolu var ki, bunlar klinik cəhətdən də sübut olunub. Bu qaydalar hər kəs, hər yaş dövrü üçün uyğundur. Qaydaları diqqətlə oxuyun, əməl edin, sabahdan başlayın və qısa zamanda nəticələrin şahidi olacaqsınız.

1. Hormonlar
Əzələ kütləsinin və yağ ehtiyatının bədəndə normal miqdarda olması üçün insanda hormonların balanslaşdırılmış olması vacib amildir.
Hər birimizin genetikası fərqlidir və özünüzü "ideal" görünüşlü biri ilə müqayisə edib, buna görə məyus olmağa dəyməz. Bəzi insanlar ağıllı, bəziləri əqli-qüsurlu yaradıldığı kimi, bəziləri də bədən quruluşu cəhətdən doğuşdan ideal ölçülü olurlar.
Əgər siz hormonlarınızı optimallaşdırmasanız, etdiyiniz bütün cəhdlər boşa çıxacaq və həm vaxtınız gedəcək, həm də pulunuz.
Bu faktdır ki, hormonları balanslı olan şəxslərin əzələləri idman belə etmədən, dietsiz və qida əlavəsiz böyüyür.
Və sizin anidən piylənməniz, arıqlamağınız, aqressivləşməniz, eləcə də ehtiraslanmanız da tamamilə hormonlarla bağlı olan prosesdir.
Hormonları idarə etməyin isə müxtəlif yolları var ki, bunlar aşağıda qeyd olunub.
2. İdman

Əzələlərin böyüməsi üçün stimulyasiya şərtdir və bu da idmanla məşğul olmağı zəruri edir. Düzgün şəkildə edilən hər bir idman hormonların balanslaşdırılmasına müsbət təsir göstərir və əzələləri inkişaf etdirir.
Və bunun üçün də ağırlıq qaldırmaq lazımdır. Fərqi yoxdur, dambl, ştanq, trenajor və ya öz bədənini...
Həftədə 3 və daha artıq dəfə idman edin. Setlər arası fasiləniz 90 saniyəni keçməsin. Çalışın məşq vaxtınız 45 dəqiqədən artıq olmasın.
İdman edin! Hiss edin! İnanın! Səbrli olun!
Düzgün idman etməklə əzələlərin böyüməsini təşkil edən testosteron və böyümə hormonlarını artıra, əzələ kütləsini məhv edən stress hormonlarını (kortizol, adrenalin) azalda bilərsiniz.
Əzələlərinizi stimulyasiya etdiniz, hormonları balanslaşdırdınız, indi isə qaldı, əzələləri qidalandırmaq.
3. Diet

Əgər əzələlərinizi lazımi qədər qidalandırmasanız, onların həcmi kiçiləcək. Lakin normanı aşmaq və ya çox az yemək də düzgün deyil. Arıqsınızsa, günlük qəbul etdiyiniz kalori miqdarını 250-500 kckal arası artırın və 1 ay sonra nəticəyə baxın. Əgər köksünüzsə bunun əksini edin.
Bütün idman saytları yazır ki, əzələ kütləsini artırmaq üçün ən vacib şey proteindir. Xeyr, bu düzgün deyil. Sadəcə, qida əlavəsi satanların marketinq uydurmasından başqa bir şey deyil.
İnsanın ən sürətli böyüdüyü vaxt hansı dövrdür? Uşaqlıq.
İnsan körpə olanda, sadəcə, ana südü ilə qidalanır və 1 fincan südün, sadəcə, 2.5 qramı proteindən ibarətdir. Qalanı yağ və karbonhidratdır.
Bəli, insanın sağlam çəki artırması üçün tək protein yox, həm karbonhidrat, həm də yağ vacibdir.
Günlük protein miqdarı çəkinizin 2 qatı qədərdir. Ondan artığına lüzum yoxdur.
Kolbasa, sosiska, fastfud və paketli qidalardan uzaq durun. Meyvə və tərəvəzə üstünlük verin.
Günəbaxan, qarğıdalı yağı əvəzinə kokos, balıq, zeytun yağı istifadə edin. Gün ərzində azı 1 ovuc çərəz yeyin.
4. İstirahət

Əzələlərinizi stimulasiya etdiniz, qidalandırdınız, indi də növbə çatdı İstirahətə. Körpələrdə olduğu kimi, böyümək üçün istirahət etmək lazımdır. Günlük minimum 8 saat yatın. Gecə yarısı olmamış yuxulayın və sübh tezdən oyanın.
İstirahət anabolik hormonları (testosteron və böyümə), yuxusuzluq isə katabolik hormonları (kortizol, adrenalin və başqaları) artırır. Anabolik hormonlar əzələlərin böyüməsini təşkil edir, katabolik hormonlar isə əzələlərin həcminin kiçilməsini.
Yenidən hormon məsələsinə qayıtdıq. Bəli, bədən quruluşu tamamilə hormonlarla bağlıdır və kişilərin əzələli görünməsini təşkil edən hormon testosterondur.
Testosteron oğlanı kişiyə çevirən, eləcə də, kişini qadından fərqləndirən əsas hormondur. Buna görə də, qadınlar steroid qəbul etmədiyi müddətdə heç vaxt kişilər qədər iri ola bilmirlər.
Testosteron hormonu yaş artdıqca azalır və bu hormonun azlığı digər neqativ hormonlar sayılan kortizol, estrogenin artmasına şərait yaradır.
Testosteronu artırmaq üçün təbii yollar barədə növbəti yazımda qeyd edəcəm"
Tərcümə etdi - Bəxtiyar Umarlı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
“Qızıl top”un sahibi bəlli oldu
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
XƏBƏR LENTİ
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)





