İdman

“Qəbələ” Yaponiya və Meksika klubu ilə qarşılaşa bilər

30 Mart 2018 13:20
0 Şərh     Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası iyunda beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Praqada keçiriləcək "Ulduzlar Kuboku 2018"in 12 iştirakçısı artıq bəlli olub.

Belə ki, Azərbaycan təmsilçisi, "Barselona" (İspaniya), PSJ (Fransa), "Porto" (Portuqaliya), "Beşiktaş" (Türkiyə) və "Zenit"dən (Rusiya) sonra Çexiyanın 3 komandası - "Slovaçko", "Viktoriya", "Dukla", Almaniyadan "Herta", həmçinin Meksikadan "Çivas" və Yaponiyadan "Avispa"nın 2002-ci il təvəllüdlü futbolçuları yarışa qatılacaq.

Turnirdə mübarizə aparacaq digər 4 komandanın kimliyi hələ bilinmir. Bütün iştirakçılar müəyyənləşdikdən sonra püşkatma mərasimi keçiriləcək və qrupların tərkiblərinə aydınlıq gələcək.

Qeyd edək ki, "Ulduzlar Kuboku 2018" turniri iyunun 15-dən 17-dək baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.