"Qarabağ"da uzun müddət çıxış edən makedoniyalı futbolçu Muarem Muarem Ağdam klubunu tərk edib.
Milli.Az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən yarımmüdafiəçi özü bunu təsdiq edib.
O bildirib ki, yeni təklifləri dəyərləndirir.
Qeyd edək ki, Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə Azərbaycanda çıxış edib. O, Ağdam klubunda keçirdiyi 121 oyunda 22 qolun müəllifi olub.
Milli.Az