İdman

London nəhəngi portuqaliyalı ulduzunu satmağa razılaşdı

10 Avqust 2025 17:45
Baxış: 379
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Çelsi"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Renatu Veyqa bu yay klubunu tərk edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, London klubu 22 yaşlı futbolçunu transferə hazırlayıb və yarımmüdafiəçi üçün bütün təklifləri nəzərdən keçirməyə hazırdır.

Portuqaliyalı futbolçu keçən mövsümü "Yuventus"da 6 aylıq icarə əsasında başa vurub. Bu müddət ərzində o, 15 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.

Renatunun "Çelsi" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir. "Transfermartk" onu 25 milyon avro dəyərində qiymətləndirir./Fanat.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.