"Real Madrid"in və Belçika millisinin sabiq ulduzu Eden Hazard futbolçu karyerasını cəmi 32 yaşında bitirməsinin səbəblərini açıqlayıb.
Milli.Az xəbər verir ki, tanınmış futbolçu bu barədə "AS" nəşrinə verdiyi müsahibədə danışıb.
"Sadəcə artıq futbolda heç nə mənim üçün maraqlı deyildi. Yalnız meydandakı 90 dəqiqəni sevirdim. Amma qalan hər şey səfərlər, davamlı məşqlər, mediada görünmək... artıq mənlik deyildi", - deyə Hazard bildirib.
O, həmçinin müasir futbolun tələblərinin dəyişdiyini, xüsusilə də məşqçilərin iş yükünün artdığını qeyd edib:
"İndi məşqçilər günün çox hissəsini köməkçiləri ilə kompüter qarşısında keçirirlər. Bu da mənlik deyil. Bəzilərinin düşündüyü kimi 42 yox, 34 yaşım var. Əgər məşqçi olmaq istəsəm, hələ vaxtım var".
Hazard hazırda futboldan uzaq, daha sakit bir həyat sürdüyünü, ailəsi ilə birlikdə vaxt keçirdiyini və bu haldan məmnun olduğunu bildirib.
Kənan
Milli.Az