İdman

“Qalatasaray” Ümit Özat və Sarp Akkayanın “X” hesabını ŞİKAYƏT ETDİ - 18 nəfər - FOTO

31 Dekabr 2025 16:53
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" "X" sosial media platformasında fəaliyyət göstərən, aralarında Ümit Özat və aktyor Sarp Akkayanın da olduğu 18 hesab sahibi barəsində şikayət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, son dövrlər sistemli şəkildə hərəkət edən bir qrup tərəfindən "Qalatasaray"ın adını qanunsuz proseslərlə əlaqələndirməyə yönəlmiş qaralama və böhtan kampaniyası aparılır.

Açıqlamada bu cəhdlərin əsasən sosial media üzərindən həyata keçirildiyi vurğulanıb.

Qeyd edilib ki, 120 ildən artıq tarixi boyunca klub heç vaxt hüquqdankənar strukturlarla əlaqələndirilməyib və hüquq, ədalət, institusional nüfuz onun əsas dəyərləri sırasındadır.

Buna baxmayaraq, klubu cinayət təşkilatları, qanunsuz fəaliyyətlər və ya əsassız ssenarilərlə əlaqələndirməyə çalışan şəxslərə qarşı hüquqi mübarizəyə başlanılıb.

Açıqlamaya görə, sözügedən "X" istifadəçiləri barəsində Türkiyə Cəza Məcəlləsinin 288-ci (məhkəmə prosesinə təsir göstərmə), 216-cı (xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma), 217/A (ictimaiyyəti yanıltıcı məlumatı açıq şəkildə yayma) və 220-ci (cinayət törətmək məqsədilə təşkilat qurma) maddələri üzrə cinayət şikayətləri təqdim olunub.

Klub rəhbərliyi yeni faktların üzə çıxacağı təqdirdə əlavə hüquqi addımların atılacağını bildirib. Açıqlamada "Qalatasaray" və "şike" ifadələrini yanaşı istifadə edərək klubu nüfuzdan salmağa çalışan şəxslərlə hüquq çərçivəsində sonadək mübarizə aparılacağı vurğulanıb.

Qeyd edilib ki, klubu hədəf alan, ictimaiyyəti çaşdırmağa yönəlmiş iddiaların müəllifləri şəxsindən və tanınmışlığından asılı olmayaraq hüquq qarşısında cavab verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.