Dünya

Rusiya Zaporojyedə avtovağzal və klinikanı bombaladı - 20-yə yaxın yaralı var - FOTO

11 Avqust 2025 00:03
Baxış: 447
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya aviasiyası Zaporojye şəhərinə bomba hücumu həyata keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zaporojye Regional Hərbi İdarəsinin rəhbəri İvan Fyodorov özünün "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi idarə olunan aviabombalarla iki zərbə endirib. Onlardan biri ilə avtovağzal binası, digəri ilə Zaporojye Tibb Universitetinin klinikasına vurulub.

Xilasedicilər dağıntılar altından insanları çıxarmaq üçün xüsusi texnika cəlb edib. Yerli vaxtla 20:00-a olan məlumata görə, hadisə nəticəsində 19 nəfər yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.