Siqaretlə bağlı məşhur mif puç oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Con Hopkins Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, siqareti azaltmaq ürək-damar xəstəliklərindən qorumaq üçün kifayət etmir.
Milli.Az xəbər verir ki, yeni araşdırma yalnız tam tərgitməyin sağlamlığa ciddi təsir göstərdiyini üzə çıxarıb.
ABŞ-ın Con Hopkins Tibb Mərkəzinin alimləri Milli Ürək, Ağciyər və Qan İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirdikləri genişmiqyaslı araşdırmada siqaret çəkmə intensivliyi, ümumi çəkmə müddəti və tərgitmədən sonra keçən zamanın ürək-damar xəstəliklərinə təsirini araşdırıblar.
Tədqiqatın nəticələri PLOS Medicine jurnalında dərc olunub.
Araşdırma 323 min 826 nəfəri əhatə edib və iştirakçılar 20 ilə yaxın müddətdə izlənilib. Bu dövrdə 125 min ölüm və 54 min ürək-damar hadisəsi qeydə alınıb.
Tədqiqatın əsas müəlliflərindən olan kardioloq Maykl Blaha bildirib ki, "gündə yalnız bir neçə siqaret" belə ürək-damar sisteminə ciddi zərər vurur: "Az siqaret çəkmək təhlükəni aradan qaldırmır. Ən böyük sağlamlıq faydası yalnız tam imtinadan əldə olunur."
Tədqiqatda risklər üç əsas meyar üzrə qiymətləndirilib:
- neçə il siqaret çəkildiyi,
- gündə çəkilən siqaret sayı,
- tərgitmədən nə qədər vaxt keçməsi.
Məlum olub ki, siqareti nə qədər tez tərgitmək mümkün olarsa, ürək-damar xəstəlikləri və ölüm riski bir o qədər aşağı düşür. Ancaq siqareti "azaltmaq" riskləri demək olar ki, azaltmır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





