Türkiyə

Türkiyədə güclü zəlzələ oldu - Dağıntılar altında qalanlar var - YENİLƏNİB - VİDEO - FOTO

10 Avqust 2025 23:10
Baxış: 1 707
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfər xilas edilib.

Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

-------

21:55

Sındırgı bələdiyyə sədri Serkan Sak CNN TÜRK-ə açıqlamasında bölgədə 10-dan çox binaya zərər dəydiyini bildirib.

Serkan Sak qeyd edib ki, bir neçə gündür zəif zəlzələlər baş verirdi və bu dəfə güclü silkələnmə oldu. "Fəlakət zonasında bir neçə bina çöküb, 10-dan çox binaya ziyan dəyib. Dəqiq say məlum deyil".

O əlavə edib ki, rayon mərkəzində 6 nəfərin yaşadığı bina çöküb, 4 nəfər dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam edir, əraziyə baxış keçirilir.

-------

21:30

Xəbərə video və fotolar əlavə edilib:

--------

21:25

Balıkesirdə baş verən zəlzələ nəticəsində bir bina çöküb.

--------

21:14

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Balıkesirdə baş vermiş zəlzələ ilə bağlı açıqlama verib.

Hər hansı mənfi bir halın olmadığını bildirən Yerlikaya bunları deyib:

"Balıkesir Sındırğıda 6,1 bal gücündə zəlzələ baş verib. İstanbul və ətraf əyalətlərdə də hiss olunan zəlzələ ilə bağlı AFAD və aidiyyəti qurumların bütün briqadaları dərhal ərazidə yoxlamalara başlayıb. Hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Hadisəni anbaan izləyirik".

------

21:05

Türkiyədə yenə zəlzələ olub.

Milli.Az xəbər verir ki, Balıkesirin Sındırgı ilçəsində 6.1 bal gücündə zəlzələ baş verib.

AFAD-ın məlumatına görə zəlzələ saat 19:53-də, yerin 11 km dərinliyində qeydə alınıb.

Zəlzələ yalnız Sındırgıda deyil, həmçinin İstanbul, Bursa, Balıkesir, Kocaeli və ətraf bölgələrdə də hiss olunub. Marmara bölgəsində geniş ərazini əhatə edən sarsıntı sakinlər arasında narahatlıq yaradıb.

Rəsmi qurumlar tərəfindən əhaliyə diqqətli olmağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edirlər.

Hadisə ilə bağlı əlavə məlumatlar daxil olduqca yeniləmələr veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.