Türkiyə

Toyunda həmin mahnını oxuduğuna görə məhkəməyə verildi - FOTO

8 Dekabr 2025 12:40
Baxış: 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İzmirdə yaşayan Hasan Başkaya və həyat yoldaşı Öznur Başkaya iki il əvvəl toylarında oxuduqları mahnıya görə məhkəməyə veriliblər.

Milli.Az xəbər verir ki,onlar ​müğənni Ankaralı Coşkunun məşhur "Ne Bilsin Eller" mahnısını oxuyublar. Toydan çəkilən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra cütlük müəllif hüquqları pozuntusu iddiası ilə şikayət edilib.

Məlumata görə, mahnının sahibi Ankaralı Coşqun məsələni razılaşma yolu ilə həll etmək üçün 300 min lirə, nağd ödəniş üçün isə 250 min lirə tələb edib.

Bəy Hasan Başkaya bildirib ki, mahnını çox bəyəndikləri və həyat yoldaşının səsinə uyğun gəldiyi üçün ifa etdiklərini düşünmüşdülər:

"Video tamamilə həvəskar idi, studiya işi deyildi. Hətta kommersiya məqsədimiz olmadığını göstərmək üçün "YouTube" gəlir axınını belə fayla əlavə etmişdik" .

Şikayətdən sonra ifadə verdiklərini deyən Başkaya əlavə edib ki, razılaşma mərhələsində onlardan 300 min lirə tələb olunub:

"Biz 50 min lirə təklif etdik, mahnını bir yerdə oxumağı və üzbəüz danışmağı da istədik. Amma ortaq məxrəcə gələ bilmədik" .

Qeyd edək ki, Hasan Başkaya konservatoriya məzunudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.