Avqustun 6-da Xəzər rayonunun Qala qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Milli.Az xəbər verir ki, qəza zamanı "Ford" markalı avtomobil əks yola çıxaraq "Range Rover"ə çırpılıb.
Nəticədə "Ford" markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Göyüşlü Ləman Elçin qızı hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.
Həmin anın videosunu təqdim edirik:
Milli.Az