Hadisə

Baş Prokurorluq əməliyyat keçirdi - DSX-nin kapitanı həbs edildi

8 Dekabr 2025 17:59
Baxış: 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb.

Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İş üzrə başqa saxlanılanların da olduğu bildirilib. Hələlik əməliyyat barədə rəsmi açıqlama yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.