Hadisə

Çaya aşan maşının sürücüsü müharibə iştirakçısı imiş - FOTO

10 Avqust 2025 23:00
Baxış: 460
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində olub.

Belə ki, Vətən müharibəsi iştirakçısı Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-2199" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Hadisə zamanı avtomobildə olan şəhid atası Qəhrəman Bağırov və sürücü suda boğulmaq təhlükəsi ilə üzləşib və yaxınlıqda olan kənd sakinlərinin köməyi ilə onlar son anda xilas edilib.

Q. Bağırov və sürücü müxtəlif dərəcəli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Sağ bazu oynağının çıxıqı xəsarəti diaqnozu qoyulan şəhid atasına zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, Qəhrəman Bağırovun yeganə oğlu Hikmət Bağırov Vətən müharibəsində şəhid olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.