İdman

Məşhur futbolçular bu qızı hədəf aldı - elə təkliflər edirlər ki,... - FOTOlar

10 Avqust 2025 11:13
Baxış: 877
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nişanlısından ayrılan məşhur amerikalı aktrisa Sydney Sveeneyin sosial şəbəkələrdəki mesaj qutusu, "Arsenal", "Mançester United" və "Liverpool" kimi Premyer Liqa klublarında çıxış edən futbolçuların mesajları ilə dolub.

Futbolçular peşini buraxmır

Uzunmüddətli münasibətinə son qoyduğunu açıqlayan 27 yaşlı gözəl aktrisa bu dəfə tanınmış futbolçuların diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, "The Sun" nəşrinin xəbərinə görə, Sveeney sosial mediada bir çox məşhur Premyer Liqa futbolçusundan mesajlar alır.

O, yaxın çevrəsinə çox sayda futbolçunun ona yazdığını bildirib.

Yemək dəvətləri və tətil təklifləri alır

Xəbərdə qeyd olunur ki, aktrisaya Avropa səfəri, romantik yemək görüşləri və birgə tətil planları kimi təkliflər edilib. Lakin hazırda münasibət yaşamaq istəmədiyi və buna görə bütün bu təklifləri rədd etdiyi bildirilir.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.