Qaxa istirahətə gedən Kürdəmir sakini ölüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Əliabbas oğlu Qaxın Ağçay kəndində hovuzda çimərkən anidən halı pisləşib.
O, Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az