"Nicat Rəhimovun getməsinə mane ola bilmədik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağır atletika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və "Zirvə" Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov Qazaxıstana ağır atletika idmanında qızıl medal qazandıran Nicat Rəhimov barədə bir sıra sualları cavablandırıb. Milli.Az goal.az-a istinadən onun müsahibəsini təqdim edir
- Azərbaycanlı atlet Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində Olimpiya çempionu oldu. Buna münasibətiniz necədir?
- Onu uşaqlıqdan tanıyıram və daim onu izləyən bir mütəxəssis kimi Nicatın ən güclülərdən ola biləcəyinə inanmışam. Ona həmişə dəstək olmağa çalışmışıq. Nicat bizim ağır atletika məktəbinin yetirməsidir. Azərbaycanın təcrübəli məşqçiləri sayəsində o, yeniyetmələrin arasında Avropa çempionu və Olimpiya Oyunlarının qalibi olub. Nicat Qazaxıstana gedəndə artıq böyüklər arasında belə medal qazanmağa hazır idi. Sadəcə, o vaxt şəxsi məşqçisi, həm də atası Əli Rəhimovun yığma komandanın baş məşqçisi Zlatan Vanevlə yola getməmələri idmançının Azərbaycandan getməsi ilə nəticələndi. Məhz bu iki məşqçinin bir-biri ilə ziddiyyəti Nicatın Azərbaycanı tərk etməsinə səbəb oldu. Belə hadisələrlə idmanda çox rastlaşırıq. Məsələn, Nizami Paşayev və Turan Mirzəyev də bir vaxtlar mətbuat konfransı keçirərək baş məşqçidən şikayət edib, respublikanı tərk etmək istəyirdilər. O zaman onların qarşısını ala bildik, amma Nicatın getməsinə mane ola bilmədik. Atası Əli Rəhimovla dəfələrlə söhbət etdim. Dedim ki, "Zirvə" klubunda mükəmməl məşq şəraiti var və maaşla da təmin edib ona hər cür dəstək ola bilərəm. Çünki Avropa çempionu olub, yeniyetmələrin Olimpiya Oyunlarına getməyə bir həftə qalanadək "Zirvə" İdman Klubunun üzvü olub. Amma Əli Rəhimov çox incimişdi, məni danışmağa belə qoymadı.
- Atası iddia edir ki, Nicat Azərbaycanda qalsaydı, indiki uğuru əldə edə bilməyəcəkdi...
- Belə fikirlər həqiqəti əks etdirmir. Çünki respublikamızda idmana yaradılan şərait ən yüksək səviyyədədir. Sadəcə, əvvəllər baş məşqçilərimiz çox haqsızlıqlara yol verdiklərindən nəticələrimiz istədiyimiz kimi alınmayıb. Nicat yeniyetmələr arasında Olimpiya çempionu olduqdan sonra ona verilən mükafat Qazaxıstanda böyüklər arasında çempion olduqdan sonra aldığı vəsaitdən belə artıqdır. Yadımdadır, 150 min manat, həmçinin 75 min manat, eləcə də prezident İlham Əliyev tərəfindən 100 min manat dəyərində olan mənzil verildi. Bu məbləğ Qazaxıstanın indi vəd etdiyi 250 min dollardan o vaxtkı məzənnə ilə artıqdır. Yəni Nicat Rəhimova yeniyetmələr arasında Olimpiya çempionu olanda Azərbaycanın ödədiyi məbləğ indi Qazaxıstanın Olimpiya çempionu kimi ona verəcəyi vəsaitdən artıq olub. Yəni Azərbaycan dövlətinin Nicat Rəhimova böyük maddi və mənəvi dəstəyi olub. Sadəcə, atası ilə baş məşqçi arasında şəxsi zəmindəki ziddiyyət bu arzuolunmaz vəziyyəti yaradıb. Respublikamızda ağır atletikaya yaradılan şərait dünyanın heç bir ölkəsində yoxdur. Nicatla birlikdə hazırlaşan, yaşca kiçik olan Firudin Quliyev, Elxan Əliquluzadə də güclü nəticələr əldə edə biliblər. Sadəcə, məşqçilərimizin səhvi ucbatından çətin vəziyyətə düşüblər. Həmin məşqçilər və günahkar şəxslər artıq federasiyadan uzaqlaşdırılıb.
- Nicat milli komandada ab-havanın yaxşı olmadığından da şikayət edib. Doğrudanmı, hər şey bu qədər pis idi?
- Deyilənlərlə razılaşmıram. Çünki biz bir ailəyik. Yığma komandada da bolqar və digər legioner idmançılarımız var. Hərə öz mentalitetinə görə hərəkətlər edir. Bunu mətbuata çıxarıb bütün komanda haqqında xoşagəlməz fikirlər söyləmək ən azı, haqsızlıqdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ağır atletika və boks qədər inkişaf etmiş idman növü yoxdur. Cüdoda, güləşdə və digər idman növlərində də uğurlu nəticələr qazanılıb. Hələ SSRİ dövründə bu idman növləri üzrə uğurlar əldə olunub. O vaxtlardan ağır atletikada Hafiz Süleymanovdan başqa nəticə verən idmançımız olmayıb. O da nəticəni digər dövlətlərdə yaşayarkən qazanıb.
- Hazırda ağır atletikanın inkişafı üçün ölkəmizdə hansı işlər görülür?
- Az qala hər il yeni Avropa çempionu yetişdiririk. 700-dən artıq ağırlıq qaldıran müntəzəm olaraq regional və beynəlxalq yarışlarda iştirak edir. Bütün regionlarda ağır atletika mərkəzləri fəaliyyət göstərir və Bakıda da Ağır Atletika Akademiyası inşa edilib. Xırdalan şəhərində də dünyanın ən mükəmməl ağır atletika təlim-məşq bazası mövcuddur. Ağır atletika təmayüllü "Zirvə" liseyi fəaliyyət göstərir. Qısa müddət ərzində federasiya, nazirlik və klublarımız tərəfindən bu idman növünün inkişafına 100 milyon manata yaxın vəsait ayrılıb. Açığı deyim ki, bu inkişaf bu gün bizə mane olur. Bizi istəməyən qüvvələr ağır atletikada düzgün inkişafı görüb süni yollarla qarşısını almağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Bizdə analoqu olmayan ağır atletika məktəbinin bünövrəsi var. Ümummilli lider Heydər Əliyev 1996-cı ildə prezident İlham Əliyevlə birgə "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin inşa edilməsi və ağırlıqqaldıranlara ilk təlim-məşq bazasının inşası ilə bunun təməlini qoyublar. Bu işdə federasiyamızın böyük əməyi var. "Zirvə" Beynəlxalq İdman Klubunun 12 dövlətdə ağır atletika klubları fəaliyyət göstərir. Bu gün Azərbaycan Ağır Atletika Məktəbi dünyada ağır atletikanın inkişafına dəstək olur. Bunu istəməyən daxili və xarici qüvvələr tez bir zamanda ifşa olunaraq üzə çıxacaq. Haqq-ədalət ağır atletikada da öz yerini tapacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
“Qızıl top”un sahibi bəlli oldu
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
XƏBƏR LENTİ
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)





