"Erməni Ayan bizi idmançı kimi məhv etdi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov ona Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) verdiyi 8 illik diskvalifikasiya qərarını şərh edib. 22 yaşlı idmançı "Report"a açıqlamasında İWF prezidenti Tamaş Ayanı ittiham edib.
Dopinq-testdən keçə bilmədiyi üçün karyerasında ikinci dəfə cəzalanan V.Xristov deyib: "Erməni Ayan bizi idmançı kimi məhv etdi. Bunu qəsdən etdi. Təəssüf ki, bizə heç kim kömək etmədi. Cəzadan əziyyət çəkəcəyik. Azərbaycanda hamı bilir ki, orqanizmim tamamilə təmizdir. Amma gördüyünüz kimi, 8 il müddətinə cəzalanmışıq. Halbuki Ayan yaxınlarda Azərbaycana səfəri zamanı söz vermişdi ki, dopinq-testdə ilişən idmançılara kömək edəcək. Amma bu erməni heç bir köməklik göstərmədi. Əksinə, hər şeyi özü etdi".
Bolqarıstan əsilli atlet idmandan kənarlaşdırıldığı 8 il ərzində nə edəcəyini bilmədiyini söyləyib: "12 ildir, ağırlıqqaldırma ilə məşğulam. Karyeramı 22 yaşımda başa vurmaq mənə çox çətindir. Çünki daha 10 il Azərbaycan bayrağını ucalda bilərdim. 2011-ci ildə Azərbaycana gəldim, 17 yaşımda ikən böyüklər arasında Avropa çempionatında qızıl medal qazandım. Bundan sonra ovaxtkı məşqçim Zlatan Vanev Bolqarıstandan zəng edərək, məni 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlamaq istədiyini bildirdi. Amma təklifdən imtina edərək, Bakıda qaldım və azərbaycanlı qızla ailə qurdum. Hazırda 2 övladım var".
V.Xristov cəzasına yenidən baxılmasa, 8 il gözləyəcəyini bildirib: 2023-cü ildə 30 yaşım olacaq. Amma yenə "körpücük" üzərinə çıxacağam. Tam əminəm ki, təmizəm. 8 ildən sonra rahat çıxış edə biləcəyəm. Çünki o vaxtadək, yəqin ki, Ayan gəbərəcək".
Qeyd edək ki, Valentin Xristov ikiqat Avropa çempionu və dünya çempionatının ikiqat bürünc mükafatçısı olub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycana 56 kq çəki dərəcəsində bürünc medal qazandırıb. Bu, ölkə tarixində ağırlıqqaldırma növündə ilk və yeganə medaldır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
“Qızıl top”un sahibi bəlli oldu
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
XƏBƏR LENTİ
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)





