İdmanımızın üz qarası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın ağır atletika üzrə yığma komandası dopinqdən istifadəyə görə ağır cəza alıb. Noyabr ayında ABŞ-da keçirilən dünya çempionatının nəticələrinə görə, Azərbaycanın 6 nəfər atleti diskvalifikasiya olunub.
Virtualaz.org bildirir ki, bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qəbul edib.
Elxan Əliquluzadə nandrolondan istifadəyə görə 8 il, Silviya Anqelova dehidroxlorometil-testosteron və nandrolondan istifadəyə görə 8 il, Dadaş Dadaşbəyli (digərlərindən fərqli olaraq dopinqlə birinci dəfə yaxalanıb) nandrolon və bandelondan istifadəyə görə 4 il, Firidun Quliyev nandrolonun qəbuluna görə 8 il, Valentin Xristov nandrolonun qəbuluna görə 8 il, İntiqam Zairov dehidroxlorometil-testosteron və nandrolonun qəbuluna görə 8 il müddətinə yarışlardan kənarlaşdırılıblar.
Xatırladaq ki, 2015-ci ilin dekabr ayında "A" növlü dopinq-testin nəticələri üzə çıxmışdı, indi isə "B" növlü dopinq-test aparılıb və təəssüf ki, nəticə müsbət olub.
Ən kədərlisi isə 2012-ci il Olimpiya oyunlarında gümüş medal qazanmış Valentin Xristovun kənarlaşdırılması olub. Çünki bu idmançının 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında medal qazanacağına ümid çox idi. 2015-ci il dünya çempionatı zamanı o, 2 gümüş medala layiq görülmüşdü və Rioda keçiriləcək Olimpiadada da mükafata əsas namizədlərdən biri hesab olunurdu.
Bundan başqa, bir müddət əvvəl məlum olub ki, Xristov, Boyanka Kostova və İntiqam Zairov 2013-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında aparılan dopinq-test zamanı da "ilişiblər". Bu o deməkdir ki, böyük ehtimalla biz Rioda keçiriləcək oyunlarda dünya və Avropa çempionu Boyanka Kostovadan da məhrum ola bilərik. İdmançı 4 illik diskvalifikasiya ala bilər.
Azərbaycan ağırlıqqaldıranları birinci dəfə deyil ki, kütləvi kənarlaşdırmaya məruz qalırlar. Bunu nəzərə alsaq, ağır atletika üzrə yığma komandamız 4 ədəd lisenziya əldə etdiyi qarşıdakı Olimpiadaya ümumiyyətlə buraxılmaya bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
“Qızıl top”un sahibi bəlli oldu
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
XƏBƏR LENTİ
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)





