"Norveçdə öz gücümüzü bilərəkdən göstərmədik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yığmamızın heyətində Boyanka Kostova çempion adını qazandı, Elmar Alıyev təkanla qaldırmada bürünc medala layıq görüldü. Bu səbəbdən də komandamızın Avropa çempionatındakı çıxışını normal sayıram".
Bunu apasport.az-a açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Nizami Paşayev deyib.
Norveçin Fyorde şəhərində keçirilən Avropa çempionatında yetirmələrinin iştirakını dəyərləndirən Paşayevin sözlərinə görə, yarışa 8 atletlə qatılan yığmamız lazımi nəticəni qazanıb: "Biz Avropa çempionatında öz gücümüzü bilərəkdən göstərmədik. Hər birimiz üçün vacib olan Rio Olimpiadasıdır. Fyordedə komandamızın bəzi üzvlərinin körpücük üzərinə çıxmamağına gəlincə, heyəti mən açıqlamışamsa, həmin atletləri də səfərə aparmışam. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında, yarışın rəsmi səhifəsində idmançıların adı ola bilər. Amma heyəti mən müəyyənləşdirmişəmsə, bundan sonra kiməsə açıqlama verməmişəm".
Qadınlardan ibarət milli komandamız Avropa çempionatında Rio üçün 1 lisenziya hədəfləsə də, yekunda bunun rəsmiləşməsi üçün "altılıq"da yer ala bilməyib. Lakin Paşayev Avropa və dünya çempionumuz Boyanka Kostovanın Olimpiadaya yollanacağını bildirib: "O, yüz faiz Olimpiya Oyunlarında iştirak edəcək. Çünki bu çəki dərəcəsində Kostova liderdir. Avropa çempionatında da mütləq qalib adını qazandı və ona "wild card" veriləcək. Təxminən aprelin sonu və ya mayın əvvəli iştirakı rəsmiləşəcək".
Baş məşqçinin sözlərinə görə, dopinq qalmaqalı ilə üzləşən kişilərdən ibarət yığmamızla bağlı yekun qərar da tezliklə açıqlanacaq. O bildirib ki, dünya çempionatında 4 lisenziya qazanan komandamızın Olimpiadadan kənar qalması inandırıcı deyil: "Bununla bağlı danışıqlar gedir. B probunun verilməsi və digər məsələlərlə bağlı ətraflı məlumatım yoxdur. Bütün bunlarla Beynəlxalq Ağırlıqqaldırma Federasiyası məşğuldur. Fikrimcə, mayın birinci yarısına kimi dəqiq açıqlama olacaq".
Qeyd edək ki, dünya çempionatı ərəfəsində Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylidən (105 kq) götürülən dopinq-test müsbət nəticələnib. Lakin onların B testinin cavabı hələ açıqlanmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
“Qızıl top”un sahibi bəlli oldu
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
XƏBƏR LENTİ
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)





