Milliləşdirilmiş legioner yığmamızdan getdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yığmamızın ağırlıqqaldıranı Kristina Yovu Azərbaycan vətəndaşlığından imtina edib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 24 yaşlı milliləşdirilmiş legioner bu addımı özünə yeni ölkə tapdıqdan sonra atıb.
Belə ki, əslən moldovalı olan London Olimpiadasının bürünc medalçısı vətəndaşlığını üçüncü dəfə (!) dəyişməyə qərar verib. 2013-cü ilin yanvarına kimi Moldovanın, ardınca Azərbaycanın şərəfini qoruyan Yovu bundan sonra Rumıniyanın bayrağı altında çıxış edəcək.
Bunu bu ölkənin Ağırlıqqaldırma Federasiyasının prezidenti Niku Vlad açıqlayıb. O bildirib ki, Buxarestin "Dinamo" klubunun şərəfini qoruyan Kristina artıq yığmanın heyətinə daxil edilib: "O özü Rumıniya adından çıxış etmək istədi. Biz də "Niyə də olmasın?" dedik. 12 aydır o heç bir yığmada çıxış etmirsə, artıq Rumıniya milisində iştirak edə bilər. Özünün dediyinə görə, Azərbaycan millisi ilə heç müqaviləsi də yoxdur. Buna baxmayaraq, biz bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında da yoxlatdıq. Dəqiq məlumat aldıq ki, onun heç bir ölkəyə bağlılığı qalmayıb. Biz bu idmançı ilə yaxşı nəticələr qazanmağa ümid edirik".
Yovunun aprelin 9-17-də Norveçdə keçiriləcək Avropa çempionatında Rumıniyanın formasını geyinəcəyi də dəqiqləşib. Bu, millimizdə dopinqdə ilişən moldovalının 3 illik fasilədən sonra podiuma ilk çıxışı olacaq. Lakin qaydalara əsasən, Yovu Rio Yay Olimpiya Oyunlarında çıxış edə bilməyəcək. Rumınlar isə onun Tokio-2020-də köməyindən yararlanmaq niyyətindədirlər.
Qeyd edək ki, Yovu Azərbaycan millisinin şərəfini qoruduğu 2 ildə hansısa ciddi nailiyyətlə yadda qalmayıb. Çünki vətənindən ölkəmizə gizlin qaçan, ardınca 50 min qollar qarşılığında Moldovadan icazəsi alınan atlet 2013-cü ildə dünya çempionatında və Tələbələrin Ümumdünya Universiadasında qazandığı gümüş medal 2014-cü ildə dopinqdə "ilişdiyi" üçün əlindən alınmışdı.
O bir qədər öncə də Azərbaycana qayıtmayacağını açıqlamışdı. 2 illik diskvalifikasiya müddəti iyunda bitən Kristina bildirmişdi ki, Azərbaycan tərəfi ilə heç bir müqaviləsi yoxdur: "Mən sərbəstəm. Moldovada hamı deyir ki, yalnız Azərbaycanın şərəfini qoruya bilərəm. Onların nəzərinə çatdırmaq istəyirəm ki, bu ölkə ilə müqaviləm yoxdur. Baxmayaraq ki, Azərbaycan tərəfi də bunun əksini iddia edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
“Qızıl top”un sahibi bəlli oldu
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
XƏBƏR LENTİ
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)





