İdman

Böyükağa Hacıyev: ""Nefçi"nin çıxış yolunu bilsəm də, demərəm"

12 Noyabr 2015 14:13
5 Şərh     Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Görünən kəndə nə bələdçi? "Neftçi"nin durumu göz qabağındadır. Ancaq bu gün "Neftçi"də başqa baş məşqçi və məşqçilər var. Buna görə də komandanın nəticələrinə onlar cavab verməlidirlər".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sabiq komandasının bu vəziyyətə düşəcəyini əvvəlcədən proqnozlaşdırdığını bildirən Böyükağa Hacıyev çıxış yolları haqda danışmaq istəməyib: 

"Mənim çalışdığım dövrdəki "Neftçi" ilə indiki "Neftçi" arasındakı fərqi görürsünüz. Bu gün kiminsə bostanına daş atmaq istəmirəm. İndi o klubda Əsgər Abdullayev, Vəli Qasımov və Səməd Qurbanov kimi şəxslər çalışırlar. Onlar da futbolu az bilmirlər.

Çıxış yolunu bilsəm də, demərəm. Özləri bilərlər. O dövrdə demişdim ki, mən "Neftçi"dən gedəndən 5-6 ay sonra klubun vəziyyətinə bir yerdə baxarıq. Nə demişəmsə, hamısı zamanla olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.