"Real" bu gün Bakı vaxtı ilə saat 23:30-da La Liqanın 36-cı turu çərçivəsində "Malyorka" ilə qarşılaşacaq.
Milli.Az xəbər verir ki, "Kral klubu" bu görüşə ciddi itkilərlə çıxacaq. Son olaraq qapıçı Andrey Lunin və Brahim sıradan çıxıb. Bununla da "Real"ın cəmi 10 A komanda futbolçusu bu matçda iştirak edə biləcək. Andrey Lunin, Lukas Vaskes, Vinisius, Rodriqo, Brahim Diaz, David Alaba, Eder Militao, Ferlan Mendi, Antonio Rüdiger, Eduardo Camavinqa, Orelyen Çuameni və Dani Carvaxal bu qarşılaşmada Madrid təmsilçisinə kömək edə bilməyəcək.
"Marca" nəşrinin yaydığı məlumata görə, "Real"ın "Malyorka"ya qarşı oyunda meydandakı "11-lik"də A komanda oyunçusu 7-dən az olsa, İspaniya nəhəngi texniki məğlubiyyət alacaq. Baş məşqçi Karlo Ançelotti aşağı yaş qruplarından 8 futbolçu çağırsa da, İspaniya Futbol Federasiyası meydandakı futbolçulardan ən azı 7-nin əsas heyət oyunçusu olmasını tələb edir. Qarşılaşmada A komanda üzvləri qırmızı vərəqə görsə və ya zədələnsə, əvəzlənəcək futbolçular A heyətdən olmalıdır.
Qeyd edək ki, Karlo Ançelottinin bu "11-liy"i meydana buraxması gözlənilir: Kurtua, Fede Valverde, Yakobo, Fran Qarsiya, Arda Güler Modriç, Sebalyos, Bellinqem, Endrik və Mbappe. (Offsideplus.az)
Milli.Az