Şou-biznes

Xalq artisti jurnalisti təhqir etdi - FOTO

14 May 2025 17:18
Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Əməkdar artisti, Qaraçay-Çərkəz Respublikasının Xalq artisti Qriqori Leps jurnalistlə gərgin anlar yaşayıb. 

Milli.Az xəbər verir ki, o jurnalisti təhqir edib. Buna səbəb isə ona verilən şəxsi həyatı ilə bağlı verilən sual olub. 

Sözügedən gərgin anlar Vitali Borodinin "Telegram" kanalında yayımlanıb.

Özündən çıxan müğənni jurnalistə "Diqqətli ol. Mən sənin ərin deyiləm, dostun da deyiləm. Məni toxunma" deyərək sərt reaksiya verib. Leps jurnalisti təhqir edərək "at", "madyan" kimi ifadələr işlədib və söyüşlər söyüb. Digər jurnalistlərlə də müsahibə davam edib.

Xatırladaq ki, sənətçi ötən il konserti zamanı çox yaxın məsafədən çəkməsinə görə tamaşaçının telefonunu əlindən alaraq atmışdı. 

Qeyd edək ki, Qriqori Leps 19 yaşlı nişanlısı ilə nikahını təxirə salıb. Onun kredit borcları barədə xəbərlər yayılıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.