Şou-biznes

Yayılan VİDEOsundan danışdı: "Təzyiqim qalxdı, təcili yardım gəldi"

14 May 2025 18:53
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli səhhətinin pisləşməsi ilə bağlı yayılan videoya baydınlıq gətirib.

Milli.Az xəbər verir ki, sənətçi sözügedən görüntülərin illər əvvələ aid olduğunu deyib.

Məhərrəmli bunun indi ortaya çıxmasını isə onun toy biznesinə mane olmaq istəyənlərlə əlaqələndirib:

"Ölkədə deyiləm, amma olan xoş və neqativ hadisələrdən xəbərdaram. Guya, xəstələnmişəm. Həmin görüntülər 15 il əvvələ aiddir. Onda Zaur Kamal ARB TV-də işləmirdi. Efirdə təzyiqim qalxdı, təcili yardım gəldi. Ondan sonra bir gün xəstəxanada qaldım. İllər sonra belə hadisəni gündəmə gətirmək nəyə lazımdır? Qarşıdan iyun ayı və toy mövsümü gəlir. Belə edirlər ki, insanlar məni toyuna çağırmasın. Arzunuz ürəyinizdə qalacaq. Bir insanı Allah qaldırırsa, heç kim onu yıxa bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.