İran

İranda gərginlik pik HƏDDƏ: etirazçılar polis maşınını ələ keçirdi, dövlət bayrağını endirdilər

1 Yanvar 2026 11:42
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda etirazlar 4-cü gündür davam edir. 

Milli.Az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Tehranda baş qaldıran etirazlar artıq əksər şəhərləri əhatə edir. Xalq küçələrə axışaraq rejimə nifrətini bildirir.

Molla rejimi isə aksiyaları güc tətbiq etməklə dağıtmağa çalışır, silah tətbiq edir. Hətta bu gün bir nəfər etirazçı polis tərəfindən güllələnib. Bundan sonra etirazçılarla polis qüvvələri arasında toqquşmalar şiddətlənib. Etirazçılar polisin nəqliyyat vasitəsini yararsız hala salıblar.

Qeyd edək ki, Tehranda başlayan etirazların fonunda İran Mərkəzi Bankının sədri Mohammad Farzin və İran prezidentinin siyasi məsələlər üzrə müavini Mehdi Sənayi istefa veriblər.

Ölkənin müxtəlif şəhərlərində insanlar mərkəzi küçələrə çıxaraq hökumətə qarşı şüarlar səsləndirirlər.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, polis insanlara atəş açır, təhlükəsizlik qüvvələri ilə sakinlər arasında toqquşmalar yaşanır.

Kuhdəşt şəhərində insanları atəşə tutan hökumət qüvvələrinin avtomobili yerli əhali tərəfindən yararsız hala salınıb.

Həmədanın mərkəzində isə etirazçılar İranın dövlət bayrağını endiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.