İdman

Messi "Kral" ola bilmədi

1 Yanvar 2026 11:58
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Flamenqo"nun və Uruqvay millisinin yarımmüdafiəçisi Corcian de Arraskaeta Uruqvayın "El Pais" qəzetinin "Amerika kralı" mükafatını alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, mükafat Amerika liqalarında ilin ən yaxşı futbolçusuna verilir. Səsvermədə 16 ölkədən 264 jurnalist iştirak edib.

De Arraskaeta səslərin 62,8%-ni toplayaraq sorğuda birinci yeri tutub. O, "İnter Mayami"nin hücumçusu Lionel Messini (14,8%) və "Racing Avellaneda"nın hücumçusu Adrian Martinezi (5%) geridə qoyub.

De Arraskaeta bu mövsüm "Flamenqo" ilə dörd titul qazanıb: Braziliya Çempionatı, Libertadores Kuboku, Braziliya Super Kuboku və Rio-de-Janeyro Dövlət Çempionatı. Uruqvaylı yarımmüdafiəçi komandanın ən çox qol vuran oyunçusu olub.

Qeyd etmək lazımdır ki, Messi bu mükafatı heç vaxt qazanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.