İdman

Dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçildi

13 Dekabr 2013 14:07
14 Şərh     Baxış: 14 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən yaxşı futbolçusu müəyyənləşib. Tanınmış "World Soccer" nəşri planetin ən yaxşısının adını açıqlayıb.
 

Milli.Az dailysport-a istinadən xəbər verir ki, məşhur dərginin KİV nümayəndələri arasında apardığı sorğunun nəticələrinə əsasən, portuqaliyalı Kriştianu Ronaldu dünyanın ən yaxşısı olub. "Real"ın ulduz futbolçusu 1075 xalla rəqiblərini qabaqlayıb.
 

Argentina millisi və "Barselona"nın ulduzu Lionel Messi 926 xalla 2-ci yeri tutub. Fransa yığması və "Bavariya"nın futbolçusu Frank Riberi isə 870 xalla 3-cü olub.
  

Bu üç futbolçu "Qızıl top" mükafatına da namizəddir.
 

İlk "10-luq" belədir:

1 Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya) 1075

2 Lionel Messi ("Barselona", Argentina) 926

3 Frank Riberi ("Bavariya", Fransa) 870

4 Zlatan İbrahimoviç (PSJ, İsveçrə) 658

5 Aryen Robben ("Bavariya", Hollandiya) 324

6 Neymar ("Santos" / "Barselona", Braziliya) 286

7 Filip Lam ("Bavariya", Almaniya) 255

8 Robin Van Persi ("Mançester Yunayted", Hollandiya) 251

9 Robert Levandovski ("Borussiya" Dortmund, Polşa) 250

10 Qaret Beyl ("Tottenhem" / "Real" Madrid, Uels) 187
 

Ən yaxşı baş məşqçi adına "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkes (86 xal) layiq görülüb. Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp (15 xal) ikinci, Madrid "Atletiko"sunun çalışdırıcısı Dieqo Simeone isə (5 xal) üçüncü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.