İdman

Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu

26 Fevral 2026 18:59
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçuları məlum olub.

Milli.A xəbər verir ki, "Atletiko"nun hücumçusu Aleksandr Sorlot səsvermədə bütün rəqiblərini qabaqlayaraq həftənin oyunçusu seçilib.

Xatırladaq ki, norveçli forvard "Brügge" ilə matçda (4:1) het-trik edərək komandasının 1/8 finala yüksəlməsində əsas pay sahibi olub.

İkinci pillədə Kasper Hoq ("Bodo/Qlimt"), üçüncü yerdə Aurelien Tçaumeni ("Real") və dördüncü pillədə isə Viktor Osimhen ("Qalatasaray") qərarlaşıb.

Qeyd edək ki, qalib gələn futbolçular UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.