Keçmiş sevgilisini unuda bilməyən BÜRCLƏR - Kimlər ikinci şans verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi bürclər keçmişi tam bağlayıb yoluna davam edə bilir. Amma elələri də var ki, "birdəfəlik bitdi" demək onlar üçün çətindir və ürəklərinin bir küncündə həmişə bir ehtimal saxlayırlar.
Bəs münasibətə yenidən başlamağa ən meyilli olanlar kimlərdir?
Milli.Az həmin bürcləri sizə təqdim edir:
Şir
Şir qadını üçün birlikdə parlaq xatirələr topladığı bir insandan uzaqlaşmaq asan deyil. O, münasibətdə yaşanan gözəl anları, ortaq uğurları və sevginin verdiyi o isti hissi tez-tez xatırlayır.
Ayrılıq baş versə belə, ürəyinin bir hissəsi keçmişdə qala bilər. Əgər taleyin yolları onu yenidən keçmişi ilə qarşılaşdırarsa, Şir ikinci şansı tamamilə istisna etmir. Ancaq bunun üçün qarşı tərəf dəyişdiyini, dərs çıxardığını və əvvəlki səhvləri təkrarlamayacağını sübut etməlidir.
Qız
Qız bürcü münasibətlərdə qərar verdimi, geri addım atmaq onun üçün çətin olur. Birini həyatına layiq gördüsə, o insana qarşı ümidini uzun müddət qoruyur.
Əgər münasibətdə sağlam gələcək potensialı görürsə, yenidən cəhd etməyə hazır ola bilər. Düzdür, bu bəzən onu məyus edə bilər. Amma qarşı tərəf real dəyişiklik göstərərsə və məsuliyyət daşımağa hazır olarsa, Qız ikinci şansı verməyi düşünə bilər.
Əkizlər
Əkizlər qadını keçmişə yenidən baxmaqdan çəkinmir. O, insanların dəyişə biləcəyinə inanır və ikinci şans anlayışına açıqdır.
Əgər keçmiş partnyor səhvlərini anlayıb fərqli davranmağa başlayıbsa və daha sağlam münasibət qurmaq istədiyini əməli ilə göstərirsə, Əkizlər tərəddüd etmədən geri qayıda bilər. Onun üçün əsas məsələ insanın keçmişdə necə olması deyil, indi kimə çevrildiyidir.
Qoç
Qoç qadını prinsipialdır və eyni səhvləri təkrar-təkrar yaşamağı sevmir. Əgər bir münasibət həqiqətən bitibsə, o, bunu qəti şəkildə bağlaya bilər.
Amma arada güclü bağ varsa və hər iki tərəf ayrılıqdan dərs çıxarıbsa, Qoç yenidən sınamağa hazır ola bilər. O, nostalji xatirələrə görə deyil, real dəyişiklik gördüyü üçün geri dönər. Əgər hər iki tərəfin daha yetkin və şüurlu olduğunu hiss edərsə, keçmiş sevgilisi ilə münasibəti yenidən qurmaq onun üçün mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar - (Foto)
-
Badamdarda sakinlərin təxliyəsi başladı - Yenilənib
-
Azərbaycan və Vyetnam bir sıra sənədlər imzalayacaqlar - (Video/Foto)
-
“RX Sərdaroğulları Holdinq”in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Vəkil Orxan Kəngərli həbs olunub - Yenilənib
-
Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
Tbilisidə binada partlayış - 4 nəfərin meyiti çıxarılıb
-
8 saatlıq yuxu qaydası dəyişir
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Məhəmməd Musayev Özbəkistanda bürünc medal qazandı - (Foto)
-
Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı
-
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək
-
Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
-
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir - təxribat
-
Hövsanda su problemi nə vaxt həll olunacaq?
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Bakıda kanalizasiyaya düşərək ölən gəncin işi üzrə vəzifəli şəxsə hökm oxundu
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)





