UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçuları məlum olub.
Milli.A xəbər verir ki, "Atletiko"nun hücumçusu Aleksandr Sorlot səsvermədə bütün rəqiblərini qabaqlayaraq həftənin oyunçusu seçilib.
Xatırladaq ki, norveçli forvard "Brügge" ilə matçda (4:1) het-trik edərək komandasının 1/8 finala yüksəlməsində əsas pay sahibi olub.
İkinci pillədə Kasper Hoq ("Bodo/Qlimt"), üçüncü yerdə Aurelien Tçaumeni ("Real") və dördüncü pillədə isə Viktor Osimhen ("Qalatasaray") qərarlaşıb.
Qeyd edək ki, qalib gələn futbolçular UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşib.
Milli.Az