İdman

"Şamaxı" və "Kəpəz" klubları cərimələndilər

26 Fevral 2026 19:45
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının XXI turu çərçivəsində qeydə alınan qayda pozuntuları səbəbindən "Şamaxı" və "Kəpəz" futbol klublarına qarşı cərimə sanksiyaları tətbiq edib.

Milli.Az xəbər verir ki, müvafiq qərar qurumun İntizam Komitəsinin son iclasında verilib.

"İmişli" - "Şamaxı" qarşılaşmasında qonaq komandanın heyətində dörd oyunçu sarı vərəqə aldığına görə klub 700 manat məbləğində cərimələnib. "Sabah" - "Kəpəz" görüşünün 90+8-ci dəqiqəsində isə Gəncə klubunun üzvü Şakir Seyidov ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Nəticədə futbolçu iki oyunluq diskvalifikasiya olunub, "Kəpəz" klubu isə buna görə 1000 manat məbləğində cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.