İdman

Juninyo "Qarabağ"a daha 1 milyon qazandırdı

26 Fevral 2026 17:33
Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo Ağdam klubuna əlavə gəlir qazandırıb.

Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb "Flamenqo"nun uğurları olub.

Futbolçu Braziliya klubu ilə həm ölkə çempionu, həm də Libertadores Kubokunun qalibi olduğu üçün "Qarabağ"a iki titulun qarşılığı olaraq ümumilikdə 500 min avro (təxminən 1 milyon manat) ödənilib.

Xatırladaq ki, Juninyo bir il əvvəl 5 milyon avroya "Flamenqo"ya satılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.