Kolumbiyada Xocalı soyqırımı qurbanları anılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiyanın aparıcı dövlət ali təhsil müəssisələrindən biri olan "Universidad Distrital Francisco José de Caldas"da Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş təbliğat-məlumat xarakterli silsilə tədbirlər keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşı Namik Ramazanov geniş auditoriya qarşısında çıxış edərək XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı və onun ağır nəticələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib, sonrakı dövrdə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb.
Çıxışda beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına münasibətinə də toxunulub, hazırda 18 ölkənin, o cümlədən Kolumbiya parlamentinin bu qətliamı soyqırımı kimi qiymətləndirərək pislədiyi vurğulanıb. Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldılıb. İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış prosesi ardıcıl şəkildə həyata keçirilir. Diplomat vurğulayıb ki, Xocalı soyqırımının xatırlanması nifrət deyil, ədalət və tarixi yaddaş naminədir və bu faciənin beynəlxalq hüquq və insan hüquqları kontekstində tanınması mühüm əhəmiyyət daşıyır.
Təqdimatın sonunda Bakı Media Mərkəzi tərəfindən hazırlanmış "Xocalı Soyqırımı" adlı sənədli film nümayiş etdirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Tədbir universitetin rəsmi sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlanıb, ali təhsil müəssisəsinin radiosuna Xocalı soyqırımı və Azərbaycan haqqında müsahibə verilib.
Eyni zamanda, universitet ərazisində Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş "Biz xatırlayırıq" adlı məlumat guşəsi təşkil edilib. Guşə tələbələr tərəfindən maraqla qarşılanıb, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ispan dilində nəşr olunmuş kitab və bukletlər iştirakçılara paylanılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





