İdman

Mahir Emreli yenidən meydanlara qayıdır

20 Fevral 2026 16:10
Baxış: 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin forvardı, "Kayzerslautern"in hücumçusu Mahir Emrelinin Almaniya ikinci Bundesliqasının 23-cü turunda "Proyssen"ə qarşı keçiriləcək oyun üçün heyətə daxil olacağı gözlənilir. 

Milli.Az xəbər verir ki, Emreli artıq tam olaraq sağalıb və komandanın əsas heyətilə məşq edir. 

Hazırda yeganə sual isə "Kayzerslautern"in baş məşqçisi Torsten Liberknehtin ona oynamaq şansı verib-verməyəcəyidir.

Qeyd edək ki, "Proyssen" - "Kayzerslautern" görüşü fevralın 22-də keçiriləcək. Mahirin komandası "Kayzerslautern" 22 turdan sonra 34 xalla 7-ci pillədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.